...

Azərbaycanda poçt sisteminin inkişafı ilə bağlı Dünya Bankının layihəsi üzrə tədbirlər keçirilir

Telekommunikasiya Materials 3 Noyabr 2005 19:04 (UTC +04:00)

Dünya Bankının maliyyə xidmətləri üzrə (əsas komponenti Azərbaycanda poçt sisteminin təkmilləşdirilməsidir) layihəsi üzrə proqramı çərçivəsində tədbirlər keçirilir. Rabitə Nazirliyi və İnformasiya texnologiyaları Nazirliyinin poçt şöbəsindən Trend ə verilən məlumata görə layizə oktyabrın 14-dən qüvvəyə minib.

Dövlət strukturundan bildirilib ki, kreditin ilkin məbləği artıq ayrılıb ki, həmin vəsait əsasən konsaltinq xidmətlərinə yönəlib. "Layihə çərçivəsində poçt əməkdaşları ixtisaslarını artırmaq üçün treninqlərdə iştirak edəcəklər", - dövlət strukturundan qeyd ediblər.

Rabitə Nazirliyindən bildirilib ki, layihə çərçivəsində tikinti, proqram tərtibatı, həmçinin, konsaltinq xidmətləri və s. dair bir sıra tenderlər elan ediləcək.

Azerpocht layihənin həyata keçirilməsindən sonra müvafiq status alacaq və maliyyə, bank xidmətlərin və s ödəmələrin həyata keçirilməsi üçün milli sistemə daxil olacaq. Bu layihə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 1000 yeni iş yerinin açılması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti