...

2006-cı ildən "Kür" MMC rəqəmsal televiziya üçün dekodern istehsalına başlayacaq

Telekommunikasiya Materials 7 Noyabr 2005 13:43 (UTC +04:00)

2006-cı ildən "Kür" MMC Mingəçevirdə rəqəmsal televiziya üçün dekodern avadanlığı istehsalına başlayacaq. Teleradio İB-də Trend ə bildirilib ki, hazırda istehsala hazırlıq üzrə bütün işlər başa çatdırılıb. Dekodern istehsalına başlamaq üçün test işləri aparılır.

" Rabitə və informasiya texnologiyaları nazirliyinin sərəncamına əsasən, bir dekoderin qiyməti $50-60 səviyyəsində olacaq ki, bu da xarici istehsalçılarla müqayisədə $30-40 azdır" -deyə İB-də qeyd olunub.

Müəssisənin kompyuter istehsalı üçün ehtiyatların tədarükünə dair Foxjonn və HP şirkətləri ilə müqaviləsi vardır.

Bundan başqa, ilin sonunadək müəssisə Sumqayıt və Bakı məktəblilərinə 4 min kompyuter təqdim edəcək.İndiyədək Nizami, Səbael və Yasamal rayonlarının məktəblərinə 85 kompyuter verilib.

Zavod müstəqil müəssisə kimi fəaliyyət göstərir. Müəssisədə 51% pay dövlətə - rabitə və informasiya texnologiyaları nazirlyiinə, 36% yerli SINAM və 13% özəl şəxslərə məxsusdur.

Xəbər lenti

Xəbər lenti