...

Bakı Telefon Rabiəasi CDMA xidmətlərinin tarifləri müəyən edildi

Telekommunikasiya Materials 8 Noyabr 2005 18:32 (UTC +04:00)

Trend Baki Telefon Rabitəsi (BTRIB) və Aztelekom İstehsalat Birlikləri tərəfindən təqdim olunan CDMA (Code Division Multiple Access) xidmətlərinin tarifi müəyən edilib. Rabitə Nazirliyinin informasiya mərkəzindən Trend ə verilən məlumata görə, hazırda Abşeronda 408 (BTRIB) və paytaxtda 511 (Aztelekom) indeksasiyası ilə simsiz telefonlar istismara verilib. Hər 2 indeks üzrə telefon nömrələrinin ümumi tutumu 10 min nömrə təşkil edir.

CDMA texnologiyası üzrə tarifləri BTRIB 2 tarif zərfi əsasında iki istiqamətdə müəyyən edib. Birinci 300 dəqiqəlik limitlə aylıq lokal daxilolma və çıxışlar üzrə və limitsiz zərf istifadəsi. Birinci zərf üzrə aylıq abunə haqqı 10 min manat, ikincisi isə 50 000 manat təşkil edir. Öz növbəsində, hər iki zərf üzrə CDMA nömrəsinə qoşulmaq üzrə hər iki zərf 100 min manat təşkil edir. Bütün işlər hər iki tərəfin imzaladığı müvafiq razılaşma əsasında həyata keçirilir.

Rabitə Nazirliyindən, həmçinin, qeyd olunub ki, beyəlxalq və şəhərlərarası istiqamətdə və mobil rabitə şəbəkəsində zənglər bu tariflərə müvafiqdir.

Dövlət strukturundan bildirilib ki, simsiz rabitə həmçinin, nömrənin ünvanını dəyişməsi, nömrənin telefonun displeyində göstərilməsi, nömrənin gizlədilməsi, məxfi zəng, üçtərəfli məxfi zəng, kod vasitəsilə bütün çıxan zənglərin qapanması imkanı və s.servislər üzrə xidmətləri həyata keçirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti