...

Culfa-Naxçıvan fibrooptik magistralının çəkilməsi üzrə işlər başa çatır

Telekommunikasiya Materials 9 Noyabr 2005 13:04 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Culfa və Naxçıvan şəhərləri arasında fibrooptik magistralının çəkilməsi üzrə əsas işlər başa çatıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, Bakı və Naxçıvan arsında telefon rabitəsinin keyfiyyətini artırmaq üçün İran dəhlizi vasitəsilə trafik mübadiləsinə başlanılıb.

NMR-in Bakı nümayəndəliyinin məlumatına əsasən, Trans-Asiya-Avropa fibrooptik magistralının Naxçıvan şəhərindək çəkilməsindən və şəhərin bu magistrala qoşulmasından sonra Naxçıvanla İran arasında telekommunikasiya rabitəsi yaxşılaşıb.

"Tikinti işlərini ilin sonuna kimi başa vurmaq planlaşdırılır", - deyə nazirlikdə bildirilib.

2005-ci ilin birinci yarısında başlamış bu tədbirlərin həyata keçirilməsindən sonra respublikanın telekommunikasiya rabitəsinin keyfiyyəti xeyli yaxşılaşacaq, gələcəkdə kənd ATC-nin elektronlaşdırılması və yenilərinin istismara verilməsi mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti