...

2006-cı ildə Catel CDMA EI-DO texnologiysının tətbiqinə başlayacaq

Telekommunikasiya Materials 11 Noyabr 2005 14:49 (UTC +04:00)

2006-cı ilin I rübündə Azərbaycan-Amerika Birgə Müəssisəsi Catel (Caspian American Telecommunications, LLC) Azərbaycanda ilk dəfə CDMA (Code Division Multiple Access) EI-DO texnologiyasının tətbiqinə başlayacaq. BM-nin icraçı direktoru Sadıq Hümbətovun Trend ə verdiyi məlumata görə, texnologiyanın tətbiqi üçün müvafiq infrastruktur hazırlanıb.

SDMA2000 1xEI-DO standartı ITU (Ümumdünya Elektrik Rabitəsi İttifaqı) tərəfindən mobil rabitənin 3-cü nəslinin standartlarından biri kimi müəyyən edilib. Bu texnologiya məlumatların 2,4 Mbit/s-ə qədər sürətlə ötürülməsini təmin edir. EI-DO-nun spesifikasiyasının üstünlüyü Internet-ə sürətli qoşulmaq imkanları açmaqda, yüksəksürətli korporativ IPN-birləşmələrin təşkili, multimediyalı servislərin geniş spektrindən ibarətdir.

Onun sözlərinə görə, hazırda müəssisələrə CDMA 2000x texnologiyaları xidmətləri həyata keçirilir və yaxın perspektivdə müxtəlif texnoloji yeniliklərin istismara verilməsi planlaşdırılır.

Bu gün Catel-in abunəçilərinin sayı 18 mini keçir, müəssisənin texniki bazası isə 80 min abunəçiyə xidmət etməyə imkan verir.

Satel 1997-ci ildə Rabitə və İnformasiya Texnologiyaları və OMSL (Omni-Metromedia-Caspian Ltd.) konsorsiumunun nəticəsində yaranıb və rabitə bazarında Azərbaycanda simsiz telefon rabitəsi həyata keçirmək üzrə lisenziyaya malik ilk operatordur.

Xəbər lenti

Xəbər lenti