...

İlin əvvəlindən Rabitə Nazirliyi tərəfindən 96 000 nömrə istismara verilib

Telekommunikasiya Materials 14 Noyabr 2005 12:52 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 95 771 telefon nömrəsi istismara verilib. Nazirliyin maliyyə, uçot və iqtisadi analiz şöbəsindən Trend ə verilən məlumata görə, onların 31 364-ü Aztelekom İB, 64 407-si isə Bakı Telefon Rabitəsi İB-nin payına düşür.

Nazirlikdə bildirilib ki, nömrələr ATS-lərin genişləndirilməsi və elektronlaşdırılması nəticəsində çoxalıb.

İndiyə qədər ölkədə 100-dən artıq rabitə obyekti istismara verilib.

Hazırda 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı və Rabitə Nazirliyinin tədbirlər planına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən rabitənin elektoronlaşdırılması sahəsində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti