...

Azərbaycan nümayəndə heyəti informasiyalı cəmiyyət üzrə Dünya sammtinin II mərhələsində iştirak etmək üçün Tunisə yola düşüb

Telekommunikasiya Materials 15 Noyabr 2005 12:49 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycan nümayəndə heyəti noyabrın 16-18-də keçiriləcək, informasiyalı cəmiyyət üzrə Dünya sammtinin (The World Summit on the Information Society (WSIS) II mərhələsində iştirak etmək üçün Tunisə yola düşüb. Pabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, nümayəndə heyətinə rabitə naziri Əli Abbsov rəhbərlik edir.

Nümayəndə heyəti 67 nəfərdən ibarədir. Heyət çərçivəsində münasibətlərin inkişafı məqsədilə xarici ölkələrin 10 nümayəndəsi ilə görüşlər keçiriləcək. Bundan başqa onlardan bəziləri ilə rabitə sahəsində əməkdaşlıq memorandumunun imzalanması gözlənilir.

Tədbir çərçivəsində noyabrın 15-19-da çərçivəsində100-dən artıq konfransın keçiriləcəyi "İCT for all" İT sərgisi təşkil olunacaq. Sərgi iştirakçılarının sayının 40 minə yaxın olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti