...

Malta Fimbank – nın işi üzrə məhkəmə iclası gələn ilin əvvələlrinə qədər təxirə salınıb

Telekommunikasiya Materials 18 Noyabr 2005 13:50 (UTC +04:00)

Malta Fimbank-nın işi üzrə növbəti məhkəmə iclası 2006-cı il yanvarın 4-də Rotterdamda keçiriləcək Xatırladaq ki, bu bank Azərbaycan hökumətinə qarşı guya bu bankın Rabitə Nazirliyinin zəmanəti altında Pochtbank Səhmdar Kommersiya Bankına verdiyi kreditin ödənməməsi barədə iddia irəli sürüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirldiyindən Trend ə verilən məlumata görə, iclasın vaxtının dəyişdirilməsi Fim Bank-ın məhkəməyə təqdim edəcəyi sənədlərin hələ tam hazır olmaması ilə əlaqədardır.

Məhkəmə iclası noyabrın 16-da keçirilməli idi və Azərbaycan bu müddət ərzində hökumətin bu işdə iştirakını sübut edən sənədlərin hazırlanmasını başa çatdıraraq təqdim edib.

"Növbəti müddətə qədər Azərbaycan bu iş üzrə bir sıra yeni sənədəlri hazırlayaraq məhkəməyə təqdi edəcək", - deyə Rabitə Nazirliyindən bildirilib.

Bundan əlavə, dövlət strukturundan bildiblər ki, aparılan bütün işlərə baxmayaraq, məhkəmə Azərbaycan tərəfinin Fim Bank-ın iddiasına cavab olaraq dəyən maddi və mənəvəi ziyana görə iddia qaldırması ilə bağlı uzuna bilər. Məhkəmə yekun qərar çıxarmaq üçün əlavə mənbələr- şahidlər də tələb edə bilər.

Xəbər lenti

Xəbər lenti