...

Teleradio İstehsalat Birliyi İctimai radio efirinə çıxmaq üçün işlər aparır

Telekommunikasiya Materials 23 Noyabr 2005 13:29 (UTC +04:00)

Teleradio İstehsalat Birliyi İctimai radio efirinə çıxmaq üçün texniki işlər aparır. İB-dən Trend ə verilən məlumata görə, bu məqsədlə struktur ötürücülərin və müxtəlif növ qəbuledici avadanlıqların yeniləri ilə əvəz olunması üzrə tədbirlər görür. Bu işləri 10 gün ərzində başa çatdırmaq planlaşdırılır.

İctimai radio efirinə çıxış məsələsinə gəldikdə, İB-də bildirilib ki, bu, cari ilin sonuna planlaşdırılıb. Radio proqramları 8 müxtəlif departamentin həm informasiya, həm də əyləncəli proqramları hesabına FM 90 dalğasında (əvvəllər Araz dövlət radiostansiyasına məxsus idi) yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti