...

Rabitə naziri Azərbaycan əhalisinin müraciət və şikayətlərini dinləyəcək

Telekommunikasiya Materials 25 Noyabr 2005 18:26 (UTC +04:00)

AR Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əhalinin şikayət və müraciətlərini dinləyəcək. Nazirlikdə Trend ə bildirilib ki, bu, dövlət strukturu tərəfindən yaradılmış (493 86 85, 498 19 31, 498 23 37, 498 25 17) etimad telefonları vasitəsilə mümkün olacaq.

Tədbir dekabrın 14-də saat 11-00-dən 12-00-dək keçiriləcək və nazir özü vətəndaşların zənglərini qəbul edəcək.

Dövlət strukturunda həm də qeyd olunub ki, noyabrın 21-dən dekabrın 21-dək nazirlikdə etimad telefonları fəaliyyət göstərəcək və bu telefonlar vasitəsilə həmin dövr ərzində əhalidən müraciətlər qəbul ediləcək və bunların əsasında müvafiq sərəncamlar veriləcək.

Xəbər lenti

Xəbər lenti