...

2006-cı ildən Azərpocht şəbəkəsinə Travelex pul köçürmələri sistemi tətbiq ediləcək

Telekommunikasiya Materials 26 Noyabr 2005 12:17 (UTC +04:00)

2006-cı ildən Azərpocht dövlət müəssisəsinin (DM) şəbəkələrinə Travelex pul köçürmələri sisteminin tətbiqi planlaşdırılır. DM-dən Trend ə verilən məlumata görə, bu tədbir gələn ilin birinci yarısında həyata keçiriləcək.

"Hazırki anda bu sistem dövlət strukturunun hər hansı bir şöbəsində fəaliyyət göstərmir. Lakin bu istiqamətdə müvafiq işlər aparılır"-deyə DM-dən bildirilib.

DM-dən onu da bildiriblər ki, sistemlər artıq yoxlamadan keçirilib və bir neçə vaxtdan sonra eksperimantal fəaliyyətə başlayacaq.

Azərposht DM ilə Travelex Group şirkətinin fərdi şəxslərə pul köçürmələri sahəsində xidmət göstərən Travelex Money Transfer yarımbölməsi arasındakı razılaşma 2005-ci ilin mayında imzalanıb.

Travelex Group Travelex pul köçürmələri sistemini bazara 2003-cü ildə çıxarıb. Bu gün bu sistemin köçürmələrindən dünyanın 90-dan artıq ölkəsində istifadə edilir. Travelex köçürmələri MDB ölkələrinin iri maliyyə institutlarında həyata keçirilir ki, bunlar poçt idarələri, əmanət və nəhəng kommersiya banklarıdır.

Bununla yanaşı, Azərpocht imzalanmış müqaviləyə müvafiq olaraq heç də kiçik olmayan Western Union sistemi ilə həyata keçirir və onu gələn il Azərbaycanın rayonlarında da həyata keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti