...

Rabitə Nazirliyi rabitə xidmətlərinin növlərinə müvafiq lisenziyaların təqdim olunmasının məqsədəuyğun hesab edir

Telekommunikasiya Materials 26 Noyabr 2005 14:35 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi İT şirkətilərinin göstərdiyi müxtəlif xadmət növlərinə görə müvafiq lisenziyaların verilməsini məqsədəuyğun hesab edir. Dövlət strukturundan Trend ə verilən məlumata görə, hazırda rabitə sahəsində xidmətlərin lisenziyalaşdırılması sistemində perspektiv dəyişikliklər məsələsinə baxılır və bu sahədəki bir sıra mütəxəssislərlə razılaşdırmalardan sonra təklifin nəzərdən keçirilmək üçün ölkə hökumətinə təqdim olunması planlaşdırılır.

Bu zaman Rabitə Nazirliyi hesab edir ki, lisenziyanın hər bir növü üçün xidmətin növündən asılı olaraq xüsusi tariflər müəyyən edilməlidir.

Azərbaycanda rabitə növlərinin bütün növləri üzrə yalnız bir lisenziya verilir.

Qeyd edək ki, təkcə Qazaxıstanda rabitə sahəsində lisenziyalaşdırmanın 172 növü, o cümlədən, IP-telefoniya üzrə 9 növ lisenziya mövcuddur.

Xəbər lenti

Xəbər lenti