...

Rabitə nazirliyi Tarif Şurasına beynəlxalq danışıqların tariflərinin dəyişdirilməsi ilə bağlı iki təkliflər paketi təqdim edib

Telekommunikasiya Materials 6 Yanvar 2006 12:15 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları nazirliyi Tarif Şurasına beynəlxalq danışıqların tariflərinin dəyişdirilməsi ilə bağlı iki təkliflər paketi təqdim edib. Nazirliyin maliyyə, uçot və iqtisadi analiz şöbəsinin rəhbəri Rəşad Nəbiyevin Trend ə verdiyi məlumata görə, yanvarda Tarif Şurası tərəfindən təkliflərə baxılacağı və müvafiq qərarın qəbul ediləcəyi istisna olunmur.

Onun sözlərinə görə, birinci təkliflər paketində yerli danışıqlara görə abunəçi ödənişlərinin 3300 manatdan 10 min manata qədər artırılması nəzərdə tutulur ki, bu da beynəlxalq danışıqlara tarifin 30-40% azaldılmasına imkan verəcək.

İkinci paketdə əhalinin az təminatlı təbəqəsinin maraqları nəzərə alınıb. "Əgər abunəçilər beynəlxalq danışıqlar xidmətindən istifadə etməsə, o zaman onlar elə əvvəlki məbləği, yəni 3300 manat ödəyəcəklər və nəticədə onların beynəlxalq danışıqlar üçün zənglərə çıxışı olmayacaq", - deyə nazirliyin nümayəndəsi vurğulayıb.

Əvvəllər, həmçinin, yerli danışıqlara da limitin qoyulması nəzərdə tutulurdu, lakin bu sistemin tətbiqi ilə bağlı yaranmış texniki məsələlərlə əlaqədar yerli danışıqlara görə abunəçi ödənişlərinin artırılması məqsədəuyğun hesab edilib.

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun əvvəllər qeyd etdiyi kimi, bir telefon aparatının xidmətinin maya dəyəri 14 min manatdır və tariflərin artırılması bu məsələnin həllinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti