...

Azərbaycanın poçt şəbəkəsində 250-dən çox iş yeri açılıb

Telekommunikasiya Materials 14 Yanvar 2006 12:58 (UTC +04:00)

2005-ci ildə Azərbaycanın poçt şəbəkəsində 258 yeni iş yeri açılıb. Bu barədə Trend ə Azərpocht DM baş direktorunun müavini Sübhan Kazımov bildirib.

2005-ci ildə DM bütün respublika üzrə 160 poçt obyekti istismara verib, bundan 137-si yeni tikilmiş kənd poçt şöbələridir. Qalan 23 obyekt isə ölkənin müxtəlif regionlarında yenidən qurulmuş və təmir edilmiş köhnə binalardır.

Müəssisə nümayəndəsinin fikrincə, köhnə obyektlərin inşası və bərpasının əhəmiyyəti ilk növbədə, regionlarda əhaliyə poçt xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması üçün nəzərdə tutulur.

Adıçəkilən tədbirlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının dövlət proqramı çərçivəsində, həmçinin rabitə və informasiya texnologiyaları nazirliyinin tədbirlər planına əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti