...

Tarif şurası telefon abunə haqqını artırmaq niyyətindədir

Telekommunikasiya Materials 17 Yanvar 2006 19:01 (UTC +04:00)

Azərbaycanın Tarif şurası rabitə sahəsində bəzi tariflərə yenidən baxmaq niyyətindədir. Xüsusilə, beynəlxalq və şəhərlərarası danışıq haqlarının azaldılması ilə yerli telefon abunə haqqının artırılması nəzərdə tutulur. Bu barədə Trend ə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Nazir qeyd edib ki, Azərbaycanda rabitə sahəsində təqdim edilən xidmət haqlarının bir qədər aşağı olduğu halda dünyanın əksər ölkələrində abunə haqqı yüksəkdir.

Əvvəllər rabitə nazirliyi tarif şurasına tariflərin dəyişdirilməsi ilə bağlı iki təklif paketi təqdim etmişdi. Birinci variant abunə haqlarının indiki 3,300 min manat həcmindən 10 min manatadək artırılmasını nəzərdə tuturdu. Bununla MDB və Baltikyanı ölkələrlə beynəlxalq danışıqlar 20%, İran və Türkiyə ilə 50%, Avropa ölkələri ilə 50% və Şimali Amerika və Kanada ilə 66% azaldılacaq.

İkinci təklifə əsasən abunə haqqı yalnız beynəlxalq danışıqlardan istifadə edən abunəçilər üçün artırılacaq, bununla tariflərin azaldılması həm də yalnız onlara tətbiq ediləcək. Digər abunəçilər üçün abunə haqqı əvvəlki səviyyədə qalır. Nazirliyin nümayəndələri qeyd edib ki, hazırda danışıqların maya dəyəri 14 min manat olaraq qiymətləndirilir. İl ərzində itki təxminən 6,3 mlrd. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti