...

Rabitə nazirliyi informasiya texnologiyaları sahəsində bir sıra hökumətlərarası sazişlərin hazırlanması üzrə işlər aparır

Telekommunikasiya Materials 22 Fevral 2006 13:18 (UTC +04:00)

Azərbaycanın Rabitə və informasiya texnologiyaları nazirliyi rabitə sahəsində bir sıra hökumətlərarası sazişlərin hazırlanması üzrə işlər aparır. Nazirlikdən Trend ə verilən məlumata görə, hazırda Rusiya Federasiyası, Litva, Kanada, Sloveniya, Xorvatiya, Macarıstan, Rumıniya, Finlandiya, Kanada, Yaponiya və İndoneziya ilə belə sazişlərin layihələri razılaşdırılmaq üçün artıq müvafiq orqanlara təqdim olunub.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanla əməkdaşlıq üzrə sənədin, o cümlədən ABŞ-ın Ticarət nazirliyi ilə memorandumun imzalanması təklif olunub.

Qeyd edək ki, 2005-ci ildə rabitə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində Pakistan, Moldova və İtaliya ilə hökumətlərarası sazişlər, Çin Xalq Respublikası, Misir və "Inisiative D21"Alman Cəmiyyəti ilə qarşılıqlı anlaşma haqqında memorandum, Qazaxıstan, Türkiyə və Rusiya ilə isə hökumətlərarası protokollar imzalanıb.

Xəbər lenti

Xəbər lenti