...

Bakı Telefon Rabitəsi aprel ayından IP-TI xidmətinin göstərilməsini planlaşdırır

Telekommunikasiya Materials 2 Mart 2006 17:40 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İB (BTRIB) martın sonu-aprelin əvvəlindən istifadəçilərə IP-TI xidmətini təqdim etməyi planlaşdırır. Bu barədə Trend ə dövlət strukturu rəhbərinin müavini Xankişi Kişiyev bildirib. Hazırda müəssisə sistemi layihələşdirir.

İlkin olaraq bu xidmətlər Bakıda - Xətai və Yasamal rayonlarındakı telekommunikasiya qovşağında tətbiq ediləcək.

Müəssisədə hesab olunur ki, bu xidmətlərin tarifi münasib olacaq. Rabitə və informasiya texnologiyaları Nazirliyinin planında gələcəkdə ölkənin regionlarında da bu xidmətin göstərilməsi nəzərdə tutulur.

IP-TI kabel və peyk kanalları ilə məhdudiyyətsiz sayda - 40-dək televiziya proqramının yayımıdır.

IP-TI tətbiq olunmuş NGN (Next Generation Network) texnologiyaları hesabına həyata keçirilir və bununla bağla işləri Çinin Huawei şirkəti yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti