...

Bakcell BM Naxçıvan MR-da mobil xidmətlər göstərməyə başlayacaq

Telekommunikasiya Materials 4 Mart 2006 14:00 (UTC +04:00)

Bakcell Azərbaycan-İsrail birgə müəssisəsi yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayacaq. Bu barədə Trend ə NMR-nın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Hazırda bu istiqamətdə işlər aparılır. Bu qərar fevralın 20-də keçirilmiş Ali Sovetin sessiyasında NMR ərazisinə 2-ci mobil operatorunun cəlb olunması üzrə tədbirlərin gücləndirilməsi zəruriliyinin xüsusilə qeyd olunması ilə əlaqədar qəbul edilib.

Nümayəndəlikdən bildirilib ki, martın 1-dən tətbiq olunan CDMA texnologiyası nəzərə alınmamaqla, hazırda Azərcell BM NMR-da yeganə mobil rabitə operatorudur. NMR ərazisinin 80-85%-ni əhatə edən Azərcell 25 mindən çox abunəçiyə xidmət edir.

Xəbər lenti

Xəbər lenti