...

Martda telefon xidməti operatorları üzərində nəzarət sisteminin tətbiqinin təqdimatı planlaşdırılır

Telekommunikasiya Materials 6 Mart 2006 16:11 (UTC +04:00)

AMEA informasiya texnologiyaları İnstitutu (İTİ) telefon xidməti operatorları üzərində nəzarət sisteminin tətbiqi layihəsi üzrə işləri başa çatdırıb. İnstitutun direktoru Rasim Əliquliyev Trend ə bildirib ki, aprelədək İKT şirkətləri, dövlət qurumları və digər nümayəndələrin iştirakı ilə layihənin təqdimatının keçirilməsi planlaşdırılır.

Dövlət struktrunun direktoru bildirib ki, hazırda Aztelekom İB-nin sifarişi ilə İTİ tərəfindən hazırlanmış sistemlə bağlı sınaq işləri aparılır.

Sistem on-line rejmində abunəçilərə operatorlar tərəfindən göstərilən rabitə xidmətləri üzrə həyata keçirilən bütün əməliyyatların qeydə alınacağı məlumatlar bazasını əhatə edəcək. Perspektivdə həm də bu sistemin ölkə ərazisi boyunca genişləndirilməsi və bunların Bakıda mərkəzləşdirilmiş vahid şəbəkəyə qoşulması mümkündür.

İTİ-də hesab olunur ki, yeni sistem vasitəsilə göstərilən xidmətin keyfiyətinin müəyyən edilməsi, eləcə də ən yaxşı işçinin müəyyən edilməsi mümkündür. Onların fəaliyyətinin genişləndirilməsi sayəsində də bu sahədə yüksək keyfiyyətli xidmətin göstərilməsinə nail olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti