...

Smart Systems Technology ISO 9001:2000 sertifikatı alıb

Telekommunikasiya Materials 7 Mart 2006 14:29 (UTC +04:00)

Smart Systems Technology şirkəti ISO 9001:2000 menecmet keyfiyyət sertifikatı alıb. Şirkətin marketinq şöbəsinin rəhbəri Sübhan Qaragözün Trend ə verdiyi məlumata görə, Zygon Caspian Consulting 2005-ci ilin iyunundan dekabr ayına kimi Smart üçün konsaltinq xidmətləri göstərib.

Onun sözlərinə görə, Zygon Caspian şirkətinin gördüyü işlərin yekunlarına görə Smart-la Moody International Certification Ltd arasında ISO 9001:2000 keyfiyyət sertifikatının alınması üçün auditin keçirilməsi barədə razılıq əldə olunub. "İlkin audit 2005-ci ilin dekabrında keçirilib, fevralda yekun audit keçiriləcək", - deyə Sübhan Qaragöz bildirib.

"Fevralın 24-də UKAS sertifikat orqanı tərəfindən akkreditə olunan Moody International Certification tərəfindən ISO 9001:2000 sertifikatı üçün lisanziyanın verilməsi təsdiqlənib (sertifikatın nömrəsi 22048-dir)", - deyə şirkətin nümayəndəsi bildirib.

ISO 9001:2000 istehsalın konkret tələblərini özündə əks etdirən istehsalın idarə olunması sahəsində qabaqcıl dünya təcrübəsini ümumiləşdirən beynəlxalq standartdır.

Xəbər lenti

Xəbər lenti