...

Azərbaycanın poçt sisteminin təkmilləşdirilməsi üçün yerli şəbəkənin qurulmasına may ayında başlanacaq

Telekommunikasiya Materials 7 Mart 2006 18:25 (UTC +04:00)

Azərbaycanın poçt sisteminin təkmilləşdirilməsi üçün yerli şəbəkənin qurulmasına may ayında başlanacaq. AR rabitə və informasiya texnologiyaları Nazirliyində Trend ə bildirilib ki, Dünya bankı ilə layihə çərçivəsində iki tender keçirilib.

"Yerli şəbəkə müəssisədə qurulacaq və bütün regional poçt şöbələri buraya birləşdiriləcək. Bu, genişləndirilmiş işlərdir və yerli şəbəkənin yaradılması üçün avadanlıq quraşdırılmalıdır. Bunun maydan gec olmayaraq həyata keçirilməsi planlaşdırılır" -deyə rabitə Nazirliyində qeyd olunub.

Layihənin həyata keçirilməsi ilə bağlı olaraq Azərpocht DM-də 2 yeni şöbə yaradılıb.

Nazirlikdə hesab olunur ki, maliyyə və bank xidmətlərini Azərpocht DM 2007-ci ildən başlayaraq göstərəcək.

Əsas komponenti ölkənin poçt şəbəkəsinin müasirləşdirilməsi olan 3 illik "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin dəyəri $17,5 mln. təşkil edir. $12,25 mln. məbləğində krediti DB ayıracaq, qalan hissə Azərbaycan hökumətinin payına düşür. Layihə çərçivəsində 1 min yeni iş yerinin açılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti