...

Azərbaycanın Rabitə nazirliyində inam telefonu yaradılıb

Telekommunikasiya Materials 9 Mart 2006 13:38 (UTC +04:00)

Rabitə və infomasiya texnologiyaları nazirliyində inam telefonu (493-86-85, 498-19-31, 498-23-37, 498-25-17) yaradılıb. Nazirliyin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu telefon şəhərlərarası və beynəlxalq rabitənin, televiziya verilişilərinin, poçt və teleqraf xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və s. ilə bağlı əhalinin müraciət və xahişlərinin təhlili məqsədilə yaradılıb.

İnam telefonu şənbə və bazar günlərindən başqa, martın 10-dan martın 31-dək saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Aprelin 4-də isə rabitə və informasiya texnologiyalari naziri Əli Abbasovla vətəndaşların birsaatlıq canlı telefon dialoqu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti