...

Lənkəranda Azərbaycanda İT sektorunun inkişafına həsr olunmuş konfrans keçiriləcək

Telekommunikasiya Materials 11 Mart 2006 13:15 (UTC +04:00)

Lənkəranda Azərbaycanda İT sektorunun inkişafına həsr olunmuş elmi-təcrübi konfrans keçiriləcək. Azərbaycanın Rabitə və İnforomasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, konfrans martın 25-də Lənkəran Dövlət Universitetində (LDU) keçiriləcək.

Konfrans "2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının ölkənin informasiya və kommunikasiya texnologiyalarının inkişafında rolu" mövzusuna həsr olunub.

Tədbirin təşkilatçıları Rabitə Nazirliyi, LDU və Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Nazirlikdən vurğulayıblar ki, analoji konfransların gələcəkdə Azərbaycanın bütün regionlarında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti