...

Azərbaycanın Rabitə Nazirliyi BƏƏ ilə sınaq poçt pul köçürmələrinə başlayıb

Telekommunikasiya Materials 11 Mart 2006 13:44 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri ilə MTF/STEFI sistemi üzrə sınaq poçt pul köçürmələrinə başlayıb. Dövlət strukturundan Trend ə verilən məlumata görə, bu sistem üzrə pul köçürmələri xidmətlərini rəsmiləşdirmək üçün BƏƏ ilə muqavilə hazırlanıb.

Nazirlik və BƏƏ arasında danışıqlar ötən ildən aparılırdı.

Hazırda Azərbaycan Rusiya, Moldova, Belorus, Ukrayna və Qazaxıstanla MTF/STEFI sistemi üzrə pul köçürmələri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti