...

Apreldə "Azərpoçt" yeni obyektlərini istismara verəcək

Telekommunikasiya Materials 13 Mart 2006 16:38 (UTC +04:00)

Apreldə "Azərpoçt" dövlət müəssisəsi (DM) yeni obyektləri istismara verməyi planlaşdırır. Müəssisədə Trend ə bildirilib ki, hazırda Xızı, Ağstafa və Mingəçevirdəki inzibati poçt binalarında, eləcə də Fizuli rayonunun Balabəhmənli kəndindəki rabitə evində naxışvurma işləri aparılır.

DM-də qeyd olunub ki, bu günlərdə 2006-cı ildə yeni poçt şöbələrinin tikinti planı təsdiq ediləcək.

2006-cı ildə "Azərpoçt" DM bütün ölkə üzrə 240 poçt şöbəsi inşa etməyi planlaşdırır ki, bundan 210 poçt şöbəsi kəndlərdə, 20-si qəsəbələrdə, qalan 10-u isə şəhərlərdə tikiləcək.

Obyektlərin inşası 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına əsasən Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tədbirlər planı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti