...

Azərbaycanın Rabitə Nazirliyi Lənkəranda zona kollegiyası keçirəcək

Telekommunikasiya Materials 23 Mart 2006 18:17 (UTC +04:00)

Martın 24-də Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Lənkəranda zona kollegiyası keçirəcək. Dövlət strukturunun informasiya mərkəzinin rəhbəri Müşfiq Əmirov Trend ə bildirib ki, Lənkəranın mərkəzi poçt şöbəsində keçiriləcək tədbirdə nazir Əli Abbasovun başçılığı ilə Rabitə Nazirliyinin şöbə və müəssisələrinin müdirləri, Lənkəran İcra hakimiyyətinin nümayəndələri iştirak edəcək.

Onun sözlərinə görə, kollegiya 2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına əsasən keçirilir.

Tədbirin əsas mövzusu cənub regionlarında, eləcə də ölkənin digər bölgələrində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bunların gələcək perspektivlərinin müzakirəsidir.

Həmin gün yeni rabitə obyektlərinin istismara veriləcəyi də istisna edilmir.

Xəbər lenti

Xəbər lenti