...

Azərbaycanın Rabitə Nazirliyi 22 mindən artıq nömrə istismara verib

Telekommunikasiya Materials 25 Mart 2006 14:26 (UTC +04:00)

Yanvar-fevral aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 22 432 nömrə istismara verib. Nazirlikdən Trend ə verilən məlumata görə, bu nömrələr Bakı Telefon Rabitəsi İB-nin payına düşüb.

2506,3 min AZN məbləğində qoyulmuş sərmayələrin 279,1 min manatı Aztelekom İB-nin, 127,9 min manatı - Bakı Telefon Rabitəsi İB-nin, 48,9 min manat isə Teleradio İB-nin payına düşüb.

2006-cı ildə Nazirlik 461/462/463, 466/467, 468/469/460 saylı ATS yenidən quraşdırmaqla 121768 nömrədən ibarət Bakı şəhər telefon şəbəkəsini istismara verməyi, əhaliyə və müəssisələrə rabitə sahəsində 152 mln manat həcmində xidmət göstərməyi, Dövlət və Sosial Müdafiə Fondunun büdcəsinə 26,3 mln manat və 8,1 mln manat keçirməyi planlaşdırır. Bu dövr ərzində investisiyaların həcmi 152 mln manat həcmində proqnozlaşdırlır.

Ötən il nazirlik respublika üzrə 164 185 telefon nömrəsi istismara verib ki, bu da 2004-cü illə müqayisədə 42 611 nömrə çoxdur.

Xəbər lenti

Xəbər lenti