...

İkinci rübün əvvəllərində Rabitə Nazirliyi yeni İnternet-portalın təqdimatını keçirəcək

Telekommunikasiya Materials 27 Mart 2006 15:35 (UTC +04:00)

İkinci rübün əvvəllərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni İnternet-portalın təqdimatını keçirəcək.

Nazirlikdən Trend ə verilən məlumata görə, portalın Azərbaycan dilində variantı artıq hazırdır, rus və ingilis dillərində olan variantlar üzərində isə hələ iş gedir.

Dövlət strukturundan qeyd ediblər ki, yeni portal daxili və xarici istifadəçiləri rabitə, informasiya və kommunikasiya texnologiyaları haqqında məlumatla təmin etmək məqsədilə yaradılır.

Portalda ölkədə rabitə və informasiya texnologiyaları sahəsinin hazırkı vəziyyəti, xidmətlər, Azərbaycanda İKT-nin tarixi barədə məlumatlar yerləşdiriləcək, istifadəçilərə xidmət göstərilməsi üzrə xüsüsi bölmələr fəaliyyət göstərəcək ki, bunun vasitəsilə də istifadəçilər onları maraqlandıran suallara (internet xidmətləri, şəhərlərarası və beynəlxalq rabitə, poçt və s.) cavab ala biləcək.

"Burada, həmçinin, İKT sahəsində fəaliyyət göstərən özəl yerli şirkətlərin, müştərək müəssisələrin, bir sıra beynəlxalq təşkilatların linkləri də yerləşdiriləcək", - deyə idarədən vurğulayıblır.

Bundan başqa, portalın www.mincom.gov.az ünvanının daha sadə adla əvəz olunması da mümkündür.

Xəbər lenti

Xəbər lenti