...

Əli Abbasov: Azərbaycanın tele-radio şirkətlərinə xarici stansiyalarının qanunsuz yayımının qarşısını almağa imkan verən təlimatlar göndəriləcək

Telekommunikasiya Materials 28 Mart 2006 10:33 (UTC +04:00)

Azərbaycanın efir məkanına qanunsuz müdaxilənin qarşısının alınması təkcə ölkənin Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin qəbul etdiyi ölçülərdən asılı deyil, həm də ölkənin tele-radio şirkətlərinin atdığı addımlardan asılıdır. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində respublikanın İranla həmsərhəd olan rayonlarında keçirilən monitorinqin yekunlarını şərh edərkən bildirib.

Nazir bildirib ki, yaxın vaxtlarda Azərbaycanın bütün tele-radio şirkətlərinə xarici stansiyaların böyük dərəcədə efir dalğalarının qarşısını alan müvafiq tələblər göndəriləcək.

"Bizim apardığımız hesablamalara görə, özəl tele- və radio kanallar onlar üçün ayrılan tezliklərdən heç də tam ölçüdə istifadə etmirlər. Nəticədə boşluq yaranır ki, bu da xaricdən qanunsuz müdaxilələri asanlaşdırır" -deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti