...

AMD korporasiyası hesab edir ki, Azərbaycan bazarı dinamik inkişaf edir

Telekommunikasiya Materials 28 Mart 2006 12:19 (UTC +04:00)

Martın 28-də Advanced Micro Devices (AMD) korporasiyası Azərbaycanda öz rəsmi tərəfdaşını elan edib. Bu, DiIi şirkəti olub. Bu məqsədlə şirkət dilerlər və korporativ sifarişçilər üçün öz məhsullarının təqdimatını keçirib. Trend bildirir ki, korporasiyanın məhsullarının təqdimatını Rusiya-MDB, Şərqi Avropa və Türkiyə satış və marketinq üzrə vitse-prezident Pyer Bransvik keçirib. Qeyd olunub ki, 1969-cu ildə yaradılmış AMD şirkəti innovasiya mikroprosessorları, fleş-yaddaş qurğusu və hesablama maşınları üçün az enerji tələbatı ilə prosessorlar, kommunikasiya avadanlığı və məişət elektrotexnikası hazırlayır və buraxır.

Korporasiyanın Rusiya və MDB distribütorları ilə iş üzrə meneceri Anatoli Martınov Trend ə bildirib ki, şirkət Azərbaycanda informaüsiya-kommunikasiya texnologiyalarının ümumi vəziyyətini sabit və dinamik inkişafa malik kimi qiymətləndirir.

"Şübhəsiz ki, bizə yerli bazarın korporativ seqmenti daha maraqlıdır, amma bu, o demək deyil ki, pərakəndə istehlakçılar diqqətdən kənarda qalacaq. Onlar üçün bizim öz planlarımız var" -deyə A.Martınov qeyd edib.

Xəbər lenti

Xəbər lenti