...

Azərbaycanın rabitə naziri ABŞ-a səfər edəcək

Telekommunikasiya Materials 28 Mart 2006 19:31 (UTC +04:00)

Martın 28-də Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin martın 28-də yayılmış press-relizində deyilir.

Görüş zamanı R.Harniş ölkədə İKT sahəsində görülmüş tədbirlərdən, həmçinin Azərbaycan-Amerika birgə müəssisəsi olan Catel şirkətinin fəaliyyətinə yardım göstərilməsindən razılığını bildirib.

Görüşdə Azərbaycanın ABŞ Ticarət və İnkişaf Agentliyi ilə bağladığı qrant müqaviləsinin əhəmiyyəti vurğulanıb, nazirin iyulda ABŞ-a planlaşdırılan səfəri, səfər çərçivəsində tərəflər arasında memorandumun imzalanması, Ə.Abbasovun ABŞ-ın İKT sahəsində fəaliyyət göstərən şirkətləri ilə görüşü, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

R.Harniş ölkənin İKT sahəsində daha böyük uğur əldə edəcəyinə ümid etdiyini bildirib. Nazir isə Azərbaycanın ABŞ şirkətləri ilə əməkdaşlıqda həmişə maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti