...

Azərpocht II rüb ərzində 8 yeni obyekti istismara vermək niyyətindədir

Telekommunikasiya Materials 29 Mart 2006 13:00 (UTC +04:00)

Azərpocht DM dövlət başçısının "Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər Proqramı"nın təsdiq edilməsinə dair sərəncamı çərçivəsində 8 yeni poçt şöbəsi obyektini istismara vermək niyyətindədir. DM-də Trend ə bildirilib ki, hazırda bu istiqamətdə tədbirlər planı hazırlanıb.

Obyektlər Suraxanı, Sabunçu, Qaradağ və Əzizbəyov rayonları ərazisində istismara veriləcək.

Dövlət strukturunda qeyd olunub ki, ümumiyyətlə, "Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər Proqramı"na əsasən 26 yeni obyekt üzrə işlər aparılacaq.

"İşlərin yaxın vaxtlarda tikinti üçün müvafiq vəsaitlər alındıqdan sonra başlanılması planlaşdırılır" -deyə DM-də bildirilib.

Martın 17-də Goradil qəsəbəsində (Bakı ətrafı) müasir avadanlıqla təchiz olunmuş yeni poçt şöbəsi istismara verilib.

Xəbər lenti

Xəbər lenti