...

Naxçıvan Muxtar Respublikasında əhali CDMA xidmətlərinə böyük maraq göstərir

Telekommunikasiya Materials 31 Mart 2006 14:46 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) əhali CDMA (Code Division Multiple Access) xidmətlərinə böyük maraq nümayiş etdirir. MR-nın Bakıdakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, CDMA texnologiyası NMR-da martın əvvəllərində tətbiq edilib.

Nümayəndəlikdən bildirilib ki, bu gün xidmətin əhatə zonasının genişləndirilməsi üzrə texniki işlər aparılır. Hələlik CDMA texnologiyasından Naxçıvan şəhərində və Babək rayonunun ərazisində istifadə edilər bilər.

"Yaxın vaxtlarda yeni stansiyanın quraşdırılması yolu ilə muxtar respublikanın bütün ərazisində xidmətin əhatə zonasının genişləndirilməsi planlaşdırılır", - deyə idarədən bildirilib.

CDMA -nın tətbiqi üzrə işlər NMR-nın Rabitə Nazirliyi ilə Çinin Huawei şirkəti arasında imzalanan müqavilə əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti