...

Azərbaycan IT-dən istifadə səviyəsinə görə 73-cü yeri tutub

Telekommunikasiya Materials 31 Mart 2006 18:09 (UTC +04:00)

Ümumdünya iqtisadi Forumu (ÜİF) (World Economic Forum, WEF) 2005-ci ildə informasiya texnologiyalarından istifadə səviyəsinə görə ölkələrin növbəti reytinqini elan edib. Trend WEF-in rəsmi məlumatına istinadən bildirir ki, ölkələrin reytinqində Azərbaycan Rusiya Federasiyasından sonra 73-cü mövqeni tutur. Azərbaycandan sonrakı yerləri isə Trinidad və Tobaqo tutur. Reytinqə ABŞ başçılıq edir, siyahıda sonuncu 115-ci yeri isə Efiopiya tutur. Qazaxıstan bu siyahıda 60-cı yeri, Ukrayna 76-cı, Ermənistan - 86-cı, Gürcüstan isə 96-cı yeri tutur.

ÜİF (World Economic Forum, WEF) Davos forumu (Davos summit) kimi tanınan ən iri beynəlxalq QHT-dir və təşkilatın mənzil qərargahı Cenevrədə yerləşir. ÜİF-in illik forumu Davosda keçirilir. Eyni zamanda ÜİF hər il müxtəlif ölkələrdə regional və milli sammitlər keçirir. ÜİF-in əsas məqsədi iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya ictimaiyətinə yardım vasitəsilə dünyanın qlobal vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə forum qlobal inkişafın çox mühüm problemlərinin müzakirəsi və həlli üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına xidmət edir.

Xəbər lenti

Xəbər lenti