...

Bakıda Siyəzənlə Aktau arasında optik-lif rabitə xəttinin tikintisi üzrə ekspertlərin görüşü keçiriləcək

Telekommunikasiya Materials 1 May 2006 17:55 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi ilə Qazaxıstanın informatizasiya və rabitə üzrə Agentliyi arasında danışıqların ikinci mərhələsi 2006-cı ilin may-iyun aylarında keçiriləcək. Bu barədə Trend ə RN-nin beynəlxalq münasibətlər və hesablaşmalar mərkəzinin direktoru Cəlil Cəfərov bildirib.

Bu görüşdə Siyəzən və Aktau məntəqələri arasında Xəzər dənizinin dibi ilə birgə sualtı optik-lif xəttinin tikintisi üzrə layihə nəzərdən keçiriləcək. İlk görüş fevralın 16-da Astanada keçirilib.

Onun sözlərinə görə, Bakıda ötən həftənin sonlarında keçirilən hökumətlərarası komissiyanın iclasında da tikinti ilə bağlı məsələlərin həllinin sürətləndirilməsi təklif olunub. Hazırda iki variant nəzərdən keçirilir: ya tikinti sahəsi hər iki ölkənin iki şirkətinə tapşırılacaq, ya da tikinti və maliyyələşmə işlərini öz üzərinə götürən üçüncü şirkətə veriləcək. Əgər dövlətə müəyyən pay veriləcəksə, ikinci halda razılıq əldə oluna bilər.

Birinci variant üzrə tikinti işlərinin maliyyəsinin 50%-nin öz üzərinə götürəcək "Kaztranskom"un razılığını dəqiqləşdirmək lazımdır. Bundan əvvəl, bu şirkət iştirak payını "Kazaxtelekom"la bölüşdürmək istəyirdi. Lakin onun iştirakdan imtina etməsi üzündən qərar "Kaztranskom"un xeyrinə həll olundu.C.Cəfərovun sözlərinə görə, layihədə Azərbaycan tərəfinin tərəfdaşı kimi mərkəz də iştirak edə bilər ki, bu da hələ Rabitə Nazirliyi tərəfindən analiz olunur.

Xəbər lenti

Xəbər lenti