...

Baki Telefon Rabitəsi 466/67 saylı ATS-lərin elektronlaşdırılması üzrə iş aparır

Telekommunikasiya Materials 5 May 2006 12:03 (UTC +04:00)

Baki Telefon Rabitasi İstehsalat Birliyi 466/67 saylı ATS-lərin elektronlaşdırılması üzrə iş aparır. Müəssisədən Trend ə verilən məlumata görə, telefon nömrələrinin ümumi həcmi 28 mindir.

Elektronlaşdırma üçün avadanlıqlar Çinin Huawei şirkətindən alınıb. Növbəti mərhələdə analoji işlər iki iri 461/62/63 və 468/69/60 saylı ATS-də aparılacaq. Bu stansiyaların ümumi həcmi 54 minə yaxın nömrədir. İndekslər yenidən dəyişdirilərkən bu nömrələr 566/567, 561/62/63 və s. qaydada dəyişdiriləcək.

İşlər başa çatdıqdan sonra bu ATS-in abunəçiləri İB-nin bütün xidmətlərindən istifadə edə biləcəklər.

Növbəti mərhələdə 438/439, 494/495, 423, 471/472/473 və 474/475/476 AİS-lər ləğv ediləcək.

Hazırda Bakı şəhərində rabitənin 70%-dən çoxu elektronlaşdırılıb.

Yuxarıda göstərilən tədbir 2004-2008-ci illərdə Azərbaycanda informasiya -kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına müvafiq olaraq keçirilir.

Xəbər lenti

Xəbər lenti