...

Yanvar-aprel aylarında Rabitə Nazirliyi Azərbaycanın IT sahəsinə 6444,6 min AZN sərmayə qoyub

Telekommunikasiya Materials 8 May 2006 14:00 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın İT sahəsinə 6444,6 min AZN sərmayə qoyub. Nazirlikdən Trend ə verilən məlumata görə, vəsaitlər paytaxtdan kənarda və regionlarda rabitə obyektlərinin yenidən qurulmasına, yeni telefon xətlərinin çəkilməsinə yönəldilib.

Bu dövr ərzində Aztelekom İB 1559,9 min AZN, Bakı Telefon Rabitəsi İB - 3343 min AZN, Teleradio İB - 1105,6 min AZN, Azərpocht DM - 133,6 min AZN sərmayə qoyub.

2005-ci ildə Nazirlik IT sahəsinə 157, 571 mlrd. manat sərmayə qoyub ki, bu da 2004-cü illə müqayisədə demək olar ki, 66 mlrd. manat çoxdur.

Xəbər lenti

Xəbər lenti