...

Rabitə Nazirliyi FIM Bank-ın işilə bağlı sənədləri təzələyir

Telekommunikasiya Materials 8 May 2006 20:52 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi FIM Bank-ın işi ilə bağlı sənədləri Paris məhkəməsinə təqdim etmək təzələyir. Nazirlikdən Trend ə verilən məlumata əsasən, bütün materiallar artıq vəkillərə verilib. İşlər başa çatdıqdan sonra, sənədlər baxılmaq üçün məhkəməyə təqdim olunacaq.

First International Merchant (FIM Bank) guya Rabitə Nazirliyi və Pooçtbank-ın zəmanətilə mövcud olmayan Aztell ($3035000) və Baktell ( $1560000) şirkətlərinə verilmiş kreditlərin qaytarılmaması faktı üzrə Azərbaycan hökumətinə qarşı iddia qaldırıb.

Bank məhkəmə iclaslarının şifahi dinləmələr şəklində keçirilməsində təkid edir.

"Hazırda tərəflər növbəti dinləmə tarixinin müəyyənləşməsini gözləyir" - deyə Nazirlikdən qeyd olunub.

Paris məhkəməsi Rotterdam məhkəməsinin qərarını gözləyir. FIM Bank həmçinin Paris məhkəməsinə müracəit ediö Bu məhkəmənin qərarı ilə Azərbaycanın Fransanın Eutelsat S.A şirkətindəki 500 min səhminə və səhmlərin dividenndlərinə həbs qoyulub.

Xəbər lenti

Xəbər lenti