...

İlin əvvəlindən Azərbaycan Rabitə Nazirliyi 56 mindən çox nömrə istismara verib

Telekommunikasiya Materials 10 May 2006 12:53 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 56196 nömrə istismara verib. Dövlət strukturundan Trend ə verilən məlumata görə, bunun 46412-si Bakı Telefon Rabitəsi İB-nin, 9784-ü isə Aztelekom İB-nin payına düşüb.

2006-cı ildə Nazirlik 461/462/463, 466/467, 468/469/460 saylı ATS-i yenidən qurmaqla Bakı şəhər telefon şəbəkəsində 121768 nömrə istismara verməyi, 152 mln manat məbləğində rabitə xidməti göstərməyi, dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna 26,3 mln manat və müvafiq olaraq 8,1 mln manat köçürməyi planlaşdırır. 25 mln manat həcmində isə sərmayə qoyuluşu nəzərdə tutulur.

2005-ci ildə Nazirlik respublika üzrə 164185 telefon nömrəsi istismara verib ki, bu da 2004-cü illə müqayisədə 42 611 nömrə çoxdur.

Xəbər lenti

Xəbər lenti