...

Catel MM yeni baza stansiyasını istismara verib

Telekommunikasiya Materials 15 May 2006 15:24 (UTC +04:00)

Catel MM (Caspian American Telecommunications, LLC) Əli-Bayramlıda CDMA (Code Division Multiple Access) simsiz rabitənin yeni baza stansiyasını istismara verib. Şirkətdən Trend ə verilən məlumata görə, stansiya Əli-Bayramlı, Hacıqabul və yaxınlıqda yerləşən yaşayış məntəqələrində abunəçilərə xidmət göstərəcək.

Əvvəlcə şirkət analoji stansiyanı Mingəçevirdə quraşdırıb. Catel-in CDMA şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıtdan başqa Gəncə, Nabran, Şəmkir və Mingəçevirdə də fəaliyyət göstərir.

Catel MM-in abunəçi bazası 20 min nəfər təşkil edir.

CDMA şəbəkəsinin ümumi tutumu 50 min nömrəyə bərabərdir. Ancaq MM 2006-cı ilin 2-ci yarısından bu göstəricini 100000 nömrəyədək artırmağı planlaşdırır.

Catel MM-in təsisçiləri Azərbaycan dövləti və ABŞ-ın Omni-Metromedia Caspian Ltd konsorsiumudur.

Xəbər lenti

Xəbər lenti