...

Rabitə Nazirliyi "Elektron Naxçıvan" konfransına hazırlaşır

Telekommunikasiya Materials 27 May 2006 14:14 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Naxçıvan Dövlət Universiteti (NDU) "Elektron Naxçıvan" adlı konfransa hazırlaşır. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, konfrans iyunun 24-25-də Naxçıvanda keçiriləcək.

Konfransda Rabitə və Təhsil nazirlikləri, Elmlər Akademiyası, NMR Ali Sovetinin rəhbər şəxslərinin, o cümlədən Türkiyə, Rusiya, İran və digər ölkələrin ali və elmi-tədqiqat institutlarından nümayəndələrin iştirakı gözlənilir.

Konfransın keçirilməsində əsas məqsəd NMR-də informasiya texnologiyalarının inkişafı, respublikanın fəaliyyətinin bütün sahələrində İT-nin tətbiqindən ibarətdir.

İlk dəfə olaraq Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Türkiyə universitetlərindən biri və Rabitə Nazirliyi ilə videokonfransın təşkil olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti