...

Azərbaycan və Rusiya İT sahəsində əməkdaşlıq haqqında saziş hazırlayır

Telekommunikasiya Materials 31 May 2006 19:30 (UTC +04:00)

Azərbaycan və Rusiya informasiya texnologiyaları və poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsi hazırlayır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata əsasən, ilkin variant artıq Rusiya tərəfinə təqdim olunub, bir sıra dəyişiklik və əlavələrdən sonra isə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qaytarılıb.

"Hazırda sazişin son variantı hazırlanır" - deyə dövlət qurumundan xəbər veriblər.

Sənədin imzalanması 2006-cı ilin sonuna planlaşdırılır. Sazişi oktyabrda BakuTel- 2006 sərgisi və ya Rabitə Sahəsində Regional Birliyin Rabitə Administrasiyası Rəhbərləri Şurasının 36-cı iclası çərçivəsində imzalamaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti