...

Azerpocht DM regionlarda yeni obyektlər istismara verib

Telekommunikasiya Materials 2 İyun 2006 11:14 (UTC +04:00)

May ayında Azerpocht DM yeni obyektlər istismara verib. Müəssisədən Trend ə verilən məlumata görə, Xızıda və Mingəçevirdə inzibati poçt binaları istismara verilib. Hazırda Ağstafada analoji obyektin tikintisi üzrə işlər başa çatır. 2006-cı ildə Azerpocht ölkədə 240 poçt şöbəsi tikməyi planlaşdırır. Bunun 210-u kəndlərdə, 20-si qəsəbələrdə, 10-u isə şəhərlərdə tikiləcək.

Obyektlərin tikintisi 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti