...

Bakıda NGN texnologiyası ilə ATS istismara veriləcək

Telekommunikasiya Materials 3 İyun 2006 13:39 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (İB) iyunun sonuna qədər Next Generation Network (NGN) texnologiyası ilə yeni ATS istismara verəcək. İB-dən Trend ə verilən xəbərə görə, 466/67 ATS-ində köhnə nömrələrin köçürülməsi başlayıb, digər stansiyalarda isə montaj işləri aparılır.

Elektronlaşdırma üçün avadanlıqlar Çinin Huawei şirkətindən alınıb. İndeksasiya zamanı bu nömrələr 566/567, 561/62/62 və s. nömrələrə dəyişiləcək.

Gələcəkdə ATS-438/439, ATS-494/495, ATS-423, ATS-471/472/472 və ATS-474/475/476 ləğv olunacaq.

Hazırda Bakı şəhəri rabitəsinin 70%-dən çoxu elektronlaşdırılıb.

İşlər 2004-2008-ci illər üçün Azərbaycanda İT-texnologiyasının inkişafı üzrə dövlət proqramına müvafiq olaraq aparılır.

Xəbər lenti

Xəbər lenti