...

İlin əvvəlində Azərbaycanda 200 minədək kompüter istismarda olub

Telekommunikasiya Materials 12 İyun 2006 12:13 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin əvvəlində Azərbaycanda 194,7 min kompüter (135,9 min ədəd ev şəraitində, 53,2 min ədəd - hüquqi şəxslər, 5,6 min ədəd - sahibkarlar tərəfindən) istifadədə olub. Komitədən Trend ə verilən məlumata görə, 2005-ci ildə ölkədə 1268,6 min nəfər kompüterdən istifadə edib. Bunun 829,7 nəfəri kişilər, (65,4%), 438,9 min nəfəri (34,6%) isə qadınlar olub.

İstifadəçilərin 51,1%-i demək olar ki, hər gün, 34% - həftədə bir dəfə, 8,1% - ayda bir dəfə, 6,8% - cəmi bir dəfə kompüterdə işləyib. Onların 29,6%-i ev şəraitində, 26,8%-i - işdə, 14,2%-i - təhsil müəssisələrində, 3,3%-i evdən kənarda, yerdə qalan isə müxtəlif yerlərdə işləyib. İstifadəçilərin 53,3%-i 16-24 yaş kateqoriyasına aiddir.

Əhalinin kompüterdən istifadə edən 10,1%-i ümumi orta, 49,7%-i - ali, 40,2%-i isə orta təhsildən sonra qeyri-ali təhsillidir.

Xəbər lenti

Xəbər lenti