...

Azərbaycan Rabitə və informasiya texnologiyaları nazirliyi konsaltinq şirkətinin seçimi üzrə tender elanına hazırlaşır

Telekommunikasiya Materials 13 İyun 2006 17:36 (UTC +04:00)

Azərbaycan Rabitə və informasiya texnologiyaları nazirliyi bir həftə ərzində yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zonanın yaradılması üçün konsaltinq şirkətinin seçimi üzrə beynəlxalq tender elan edəcək. Bu barədə Trend ə Rabitə və informasiya texnologiyaları nazirliyindən bildiriblər.

Tender texnoparkların modelinin, əsas istiqamətlərinin və yaranma şəraitinin, bu istiqamətdə qanun layihəsini hazırlayacaq müvafiq şirkətin seçilməsi üçün keçiriləcək.

İqtisadi zonaya biznes-müəssisələr, İT sahəsinin universiteti daxildir. Nazirlikdə qeyd ediblər ki, hazırda tender elanı üzrə bütün sənədlər nazirliyin rəhbərliyi tərəfindən imzalanıb.

2005-2008-ci illər üçün Azərbaycanda informasiya - telekommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına ("Elektron Azərbaycan") əsasən texnoparkların 2008-ci ilə qədər yaradılması nəzərdə tutulur.

Ernst & Young auditor şirkətinin ekspertləri hesab edirlər ki, Azərbaycan bu cür strukturun yaradılmasına tamamilə hazırdır.

Xəbər lenti

Xəbər lenti