...

Trans-Asiya-Avropa magistralının Xəzərin dibi ilə çəkilməsi layihəsinin həyata keçirilməsi üçün işçi qrup yaradılıb

Telekommunikasiya Materials 14 İyun 2006 18:34 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan Trans-Asiya-Avropa (TAA) fibrooptik magistralının Xəzərin dibindən çəkilən hissəsi üzrə danışıqlar aparır. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin beynəlxalq əlaqələr və hesablamalar mərkəzinin direktoru Cəlil Cəfərovun Trend ə verdiyi xəbərə görə, layihə üzrə bütün işlərin görülməsi üçün birgə işçi qrupu yaradılıb.

"Tərəflər magistral çəkilişinin ümumi şərtlərinin müəyyən edilməsi üzrə iş görür. Azərbaycan tərəfi artıq layihə üzrə öz təkliflərini hazırlayıb və Qazaxıstana təqdim edib. Hazırda Qazaxıstan tərəfinin cavabını gözləyirik", - deyə C.Cəfərov qeyd edib.

Layihəyə əsasən, magistral çəkilişi iki istiqamətdə - Batumi -Riza və Siyəzən -Aktau istiqamətlərində aparılacaq. Layihə həyata keçirildiyi halda, Azərbaycan əsas tranzit ölkəsi olacaq və Qərbi Avropa, Orta Asiya və Çinlə sürətli əlaqə yaratmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti