...

Azərbaycan ölkənin ümumi əhalisi ilə müqayisədə fəal İnternet istifadəçilərinin sayının böhranlı həddini keçdi

Telekommunikasiya Materials 16 İyun 2006 16:19 (UTC +04:00)

Azərbaycanın İT sahəsi bu gün ən dinamik inkişaf edən sahələrdəndir. Ölkə ümumi əhali ilə müqayisədə fəal İnternet istifadəçilərinin sayının 5%-lik böhranlı həddini keçə bildi. Bu barədə Trend ə İnformasiya siyasəti analitik mərkəzinin direktoru, eyni zamanda Global Internet Policy Initiative beynəlxalq layihəsi üzrə ölkə koorlinatçısı Yaşar Hacıyev bildirib.

"Bu, Azərbaycanın qeyri-neft sektoru arasında ən perspektivli sahəsi - İT sahəsindəki inkişafı təsdiq edir", - deyə Y.Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün ölkədəki İT strukturların sayı 3 mindən çoxdur, onlardan 50-si Azərbaycanın hüdudlarından kənarda da məşhürlaşan böyük İT şirkətləridir.

"Azərbaycanda internet-provayder şirkətlərinin sayı 25-i keçir. Gürcüstanda onların sayı 15-dir", - deyə Y.Hacıyev qeyd edib.

"Azərbaycanın milli trafiki saniyədə 300 meqabitdən çoxdur, Gürcüstanda isə bu rəqəm 40-50 meqabiti keçmir", - deyə mərkəz başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti