...

Azercell Telecom Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarını gözləyir

Telekommunikasiya Materials 16 İyun 2006 19:11 (UTC +04:00)

Azercell Telecom İB üçüncü nəsil rabitə xidməti - WCDMA -nın tətbiq olunması üzrə Rabitə və İnformasmiya Texnologiyaları Nazirliyinin qərarını gözləyir. Trend in verdiyi xəbərə görə, bu barədə Azercell Telecom İB başçısı Həlim Atəş bildirib.

Onun sözlərinə görə, şirkət xidmətin tətbiq edilməsi üzrə texniki işlərə dərhal başlamağa hazırdır.

İşləri iki mərhələ üzrə görmək nəzərdə tutulur, sərmayələr təxminən 100 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. "Bu 2 il ərzində davam edən geniş layihə olacaq", - deyə H.Atəş qeyd edib.

İlk xidmətlər Bakıda tətbiq olunacaq.

Bu xidmət MDB ölkələri arasında ilk olaraq Azərbaycanda tətbiq olunacaq.

WCDMA (Wideband Code Division Multiple Access (geniş zolaqlı CDMA)) standartı üçüncü nəsil (3G) xidmətinə dəstək məqsədi ilə geniş zolaqlı radio çıxışın təmin olunması üçün nəzərdə tutulub. Bu standartın sürəti (kiçik məsafədə 2 Mbit/s-ə qədər və tam mobil böyük məsafədə 384 kbit/s) multimedia məlumatlarının ötürülməsinə imkan yaradır. Texnologiya elektomaqnit cəhətdən GSM və PDC -yə uyğundur .

Xəbər lenti

Xəbər lenti