...

Azərbaycanda rabitə sahəsində 186,4 mln. manat həcmində xidmət göstərilib

Telekommunikasiya Materials 16 İyun 2006 19:54 (UTC +04:00)

"2006-cı ilin yanvar-may aylarında Azərbaycanda rabitə sahəsində 186,4 mln. manat həcmində xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 24% çoxdur. Bu barədə Trend agentliyi Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.

Bu xidmətin 24,2 %-ı dövlət, 75,8 %-i özəl müəssisələri tərəfindən göstərilib. Artım müvafiq olaraq 11% və 29 % təşkil edib. Ümumi həcmin 78,1% -i əhaliyə göstərilmiş xidmətlərdir.

Rabitə sahəsində əldə olunmuş gəlirin 68,5%-i mobil telefon xidməti göstərən şirkətlərin payına düşüb. Bu xidmətlərin həcmi 28,6% artaraq 127,6 mln. manata çatıb.

Azərbaycanın regionlarında da xeyli artım müşahidə olunur. Telekommunikasiya xidmətlərinin həcmi Abşeron iqtisadi zonası - 9,1%, Quba-Xaçmaz - 15,4%, Şirvan - 11,5%, Şəki-Zaqatala - 35,1%, Gəncə- Qazax - 19,7%, Naxçıvan - 14,3%, Lənkəran - 16,8%, Aran -20,7% artıb.

Milli Bankın məlumatına əsasən, 16.06.06 tarixinə dolların manata nisbətdə rəsmi məzənnəsi 0,8963 AZY təşkil edib.

Xəbər lenti

Xəbər lenti